Almeniyada yaşayan azərbaycanlı fəal Emin Milli Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qəbulunda olub.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Emin Milli sosial şəbəkədə paylaşım edib.
“Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşməkdən məmnun oldum. Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, Orta Dəhlizin potensialı və beynəlxalq aləmdə baş verən son hadisələr ətrafında maraqlı fikir mübadiləsi apardıq”, – o qeyd edib.


