World Economics-in statistikasına əsasən, Azərbaycan xarici börcun ÜDM-dəki payına görə dünyada ən yaxşı üçlükdədir. Söhbət xarici borc almaq potensialı olan dövlətlərdən gedir.
Millətin Səsi.az xəbər verir ki, bu barədə məlumatı deputat Vüqar Bayramov paylaşıb. O bildirib ki, xarici borcun ÜDM-dəki payının bir rəqəmli olduğu ölkələrin sayı cəmi doqquzdur:
“Xarici borcun ÜDM-ə nisbətinin aşağlığına görə Azərbaycan Avropada ən yaxşı göstəriciyə malikdir.
ÜDM-ə nisbətdə ən yüksək borc asıllığı Avropada Luksemburq, Malta və Kiprdədir. ÜDM-ə nisbətən daha çox borcu olan dövlətlər onluğunu Fransa qapayır. Fransada xarici borc ÜDM-dən 2.6 dəfə çoxdur.
Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 89.4 milyard milyon dollardır və xarici dövlət borcunu 20 dəfə üstələyir. Bu ölkə üçün möhkəm iqtisadi təhlükəsizlik yastığının olmasından xəbər verir”.


