Şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq

Şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq

2027-ci ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün 600 mənzilin alınmasına 40 milyon manat ayrılması nəzərdə tutulur.

Milletinsesi.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, gələn il mənzil, avtomobil və reabilitasiya vasitələri ilə təminat proqramları davam etdiriləcək.

Tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, əlilliyi müəyyən edilmiş şəxslərin isə reabilitasiya vasitələri ilə təmin edilməsi üçün 30 milyon manatdan çox vəsaitin ayrılması nəzərdə tutulur.Modern.az

Share: