Ukraynanın ərazi məsələsi müzakirə oluna bilər

Ukraynanın ərazi məsələsi müzakirə oluna bilər

Ərazi məsələsi Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək üçtərəfli danışıqların ikinci günündə müzakirə oluna bilər.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Politico”mənbələrə istinadən məlumat

Məlumata görə, noyabrın 10-da başlayan danışıqlarda ilk gündə təhlükəsizlik zəmanətləri və əsirlərin mübadiləsi müzakirə olunub.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov başçılıq edir. Danışıqlar başlayanda ABŞ nümayəndələri Stiv Vitkoff və Jared Kuşner, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç və BƏƏ xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan da danışıqlar masasında olublar.

Share: