
Moskva ABŞ prezidentinin xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşnerə vasitəçilik missiyasındakı fəal rollarına və iştiraklarına görə minnətdardır.
Millətin Səsi.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski çərşənbə günü bildirib.
O, mətbuat konfransında Rusiya tərəfinin ABŞ prezidentinin elçilərinin vasitəçilik rolunu necə qiymətləndirdiyi barədə suala cavab olaraq deyib: “Biz onların rolunu müsbət qiymətləndiririk”.
Medinski sözünə davam edərək qeyd edib: “Lakin əsas məsələ bizim onları necə qiymətləndirməyimiz deyil, onların fəal vasitəçilik missiyası nəticəsində neçə insanın həyatının xilas ediləcəyidir”.
O əlavə edib: “Biz onlara çox minnətdarıq”.
Qeyd edək ki, Medinski Əbu-Dabidə Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edir.


