Hücumçunun ölümünə səbəb olan qapıçı barədə qərar…

Hücumçunun ölümünə səbəb olan qapıçı barədə qərar…

İspaniyanın aşağı divizionunda “Andorra” ilə keçirilən oyun zamanı “Tenerife” klubunun hücumçusu Xesus de Migelin ölümünə səbəb olan qapıçı Xesus Ovono barəsində qərar qəbul edilib.

Millətin Səsi.az xəbər verir ki, qapıçı Xesus de Migelə qarşı etdiyi son dərəcə kobud müdaxilə və həmin epizodun futbolçunun faciəvi ölümü ilə nəticələnməsinə görə 12 oyunluq diskvalifikasiya cəzası alıb.

İntizam Komitəsi oyun zamanı qapıçının birbaşa qırmızı vərəqə ilə meydandan qovulmasına səbəb olan bu hərəkəti həddindən artıq güc tətbiqi kimi qiymətləndirərək qaydalar çərçivəsində nəzərdə tutulan ən ağır cəzanı tətbiq edib.

Share: