
Ukrayna müharibənin 1725-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 620 630 hərbçi, 12 478 ədəd tank, 25 750 ədəd zirehli döyüş maşını, 52 355 ədəd artilleriya sistemi, 2 273 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 756 hava hücumundan müdafiə sistemi, 452 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 140 ədəd yerüstü robot-texnika kompleksi, 607 531 ədəd PUA, 174 609 ədəd avtomobil texnikası, 5 192 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 905 xüsusi avadanlıq itirib.


