
Moskva ilə Pekin arasındakı münasibətlər sabit və etibarlı olaraq qalır.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Çin Prezidenti Si Cinpin Şençjendə Rusiya lideri Vladimir Putinlə ikitərəfli görüşdə bildirib.
“Çin-Rusiya münasibətləri bütün çətinliklər qarşısında dağ kimi möhkəm dayanıb və bu gün də belədir. Bu münasibətlərin geniş perspektivləri var və onlar qlobal şəraitdəki qısamüddətli dəyişikliklərdən təsirlənmir”, – deyə Si qeyd edib.


