
“Mançester Yunayted”in yetirməsi Cey Cey Qabriel komandadan ayrılıb.
Millətin Səsi.az xəbər verir ki, gənc vinger “Instagram” hesabında paylaşdığı vida mesajı ilə İngiltərə klubundakı 6 illik fəaliyyətinə son qoyduğunu təsdiqləyib.
Qabriel 2020-ci ildə “Mançester Yunayted”in akademiyasına qoşulub və klubun perspektivli futbolçularından biri hesab olunub. Onun bu mövsüm tədricən əsas komandaya yaxınlaşacağı gözlənilsə də, sentyabrda inkişafı üçün kifayət qədər imkan əldə etmədiyini düşünərək transfer tələb edib.
Klub rəhbərliyi futbolçunu komandada saxlamağa çalışsa da, o, artıq uzun müddətdir kollektivlə məşqlərə qatılmır. Qabrielin karyerasını Madrid “Real”ında davam etdirməsi ehtimal olunur. İspaniya klubu onun transferində əsas namizəd kimi göstərilir.
Futbolçu vida mesajında akademiyada ona dəstək olan məşqçilərə, klub əməkdaşlarına və komanda yoldaşlarına təşəkkür edib.
qol.az


