Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə Bakı şəhər sakini olan yeniyetmənin soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, araşdırmalarla naməlum şəxsin A.M.Şərifzadə küçəsində yeniyetmənin pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Ağdam rayon sakini, əvvəllər də soyğunçuluq və dələduzluğa görə məhkum olunmuş Təbriz Zeynalov olduğu müəyyən edilib.
Araşdırma aparılır.