Demokratlar ABŞ-dakı aralıq seçkilər ərəfəsində neft qiymətlərini yüksək saxladılar — Tramp

Demokratlar ABŞ-dakı aralıq seçkilər ərəfəsində neft qiymətlərini yüksək saxladılar — Tramp

Aralıq seçkilərdən əvvəl neftin qiymətinin yüksək olması Demokratların və İranın hərəkətləri ilə bağlı idi.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.

“Aralıq seçkilərdən sonra neft qiymətlərinin kəskin şəkildə düşməsi maraqlı deyilmi? Mən bunun baş verəcəyini demişdim. Bütün bunlar nəhəng bir uydurmadır!” – deyə o, “Truth Social” platformasında yazıb.

“Həm Demokratlar, həm də İran neftin qiymətini mümkün qədər uzun müddət yüksək saxlamaq üçün əllərindən gələni etdilər; seçkilərdən sonra isə neftin qiyməti rekord səviyyədə aşağı düşdü. Təəssüf ki, seçicilər səs verməzdən əvvəl bunu anlamadılar, amma ümumiyyətlə, bütün seçki prosesi çox qəribə idi.”

Qeyd edək ki, seçkilər noyabrın 3-də keçirilib. Amerikalılar 100 senatorun 35-ni və Nümayəndələr Palatasının bütün 435 üzvünü seçiblər. Həmçinin 36 ştatda qubernator seçkiləri baş tutub. Demokratlar böyük üstünlüklə qələbə qazanıblar və 2027-ci ilin əvvəlində fəaliyyətə başlayacaq yeni Konqresin hər iki palatasında çoxluq təşkil edəcəklər. Hazırda isə həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq Respublikaçılardadır.

Siyasi təhlilçilər hesab edirlər ki, yanacağın baha olması Respublikaçıların populyarlığının azalmasına səbəb olan amillərdən biri idi.

Share: