Badamdarda vəziyyət nəzarətdə saxlanılır

Badamdarda vəziyyət nəzarətdə saxlanılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Səbail rayonu, Badamdar–20-ci Sahədə mütəmadi müşahidə və monitorinq işləri aparır.

Bu barədə Millətin Səsi.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyən edilib.

“Ərazidəki vəziyyət mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır”, – məlumatda qeyd olunub.

Share: