Ronaldo üzr istəyəcək

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Milan”la oyundakı xoşagəlməz davranışlarına görə komanda yoldaşlarından üzr istəyəcək.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, portuqaliya millisinin düşərgəsindən qayıdan hücumçu “Yuventus”dakı komanda yoldaşlarını şam yeməyinə dəvət edib. 34 yaşlı futbolçunun bu yolla son zamanlarda yaşananlara görə üzr istəyəcəyi bildirilir.

Xatırladaq ki, Ronaldo “Milan”la görüşün 54-cü dəqiqəsində Paulo Dibala ilə əvəzlənib. O, baş məşqçi Mauritsio Sarrinin bu qərarına etiraz olaraq birbaşa paltardəyişmə otağına yollanıb və oyun bitməmiş stadionu tərk edib.

Share: