Özbəkistan Baş naziri Abdulla Aripov Georgiyevsk lentinin ölkədəki populyarlığını tənqid edib.
Axar.az xəbər verir ki, o, Georgiyevsk lentinin üzərində Özbəkistan bayrağının rəngləriylə əvəz edilməsinin vacibliyini bildirib. Baş nazir bunun populyarlaşdırılması üçün sosial şəbəkələrdə aksiyalar aparılması və bu işə məşhur özbək mədəniyyət xadimlərinin cəlb edilməsi gərəkdiyini deyib. Aripov bunun üçün 100 min ədəd Özbəkistan bayrağının rənglərinin olduğu lent hazırlanaraq paylanılması haqqında əmr verdiyini deyib.
Qeyd edək ki, Georgiyevsk lenti son zamanlar dünyada Rusiyanın işğalçı siyasətinin rəmzi kimi qəbul olunur. Bəzi ölkələr artıq bu lentin paylanmasını qadağan ediblər.
Bu tənqidlərə rəğmən Moskva Georgiyevsk lentinin faşizm üzərində qələbənin şərəfinə paylanıldığını bildirir.