Afina sürücülər üçün dünyanın ən arzuolunmaz şəhərlərindəndir

Böyük Britaniyanın “Mister Auto” şirkətinin tərtib etdiyi siyahıya əsasən Yunanıstanın paytaxtı Afina sürücülər üçün dünyanın ən arzuolunmaz şəhərləri siyahısına düşüb.

Şirkətin ekspertləri ölkədəki infrastrukturu, təhlükəsizliyi və nəqliyyat vasitələrinin saxlanma xərclərini nəzərə alaraq bu qənaətə gəliblər. Ümumilikdə isə 15 göstərici nəzərə alınıb.

Şirkətin sürücülər üçün ən arzuolunmaz şəhərlər siyahısına Afina, Mumbay, Ulan-Bator, Kəlkətə, Laqos, Kəraçi, Boqota, San-Paulu, Mexiko və Moskva daxil edilib. Ən əlverişli şəhərlər isə Kalqari, Dubay, Ottava, Bern, El-Paso, Vankuver, Göteborq, Düsseldorf və Bazeldir. (AZƏRTAC)

Share: