Marsda canlı həyat başqa ərazidə axtarılacaq

Marsın Ezero kraterində mikroorqanizmlər yaşaya bilər.

Milletinsesi.az sonxeber.az-a istinadən xəbər verir ki, kraterdə çoxsaylı karbonat tapılıb və bu karbonatlar yerdəki tikinti materiallarına bənzəyir.
“Mars Reconnaissance Orbiter” aparatının vasitəsilə əldə edilən spectral analizin nəticələri bunu deməyə əsas verir. Analizdən sonra məlum olub ki, kraterin qərb hissəsində karbonat yataqları var. Qeyd etmək lazımdır ki, bakteriyalar su hövzələrinin kənarında karbonat ehtiyatı yığırlar.
Ezero krateri Marsın şərq yarımkürəsində, Qeyl kraterindən 3 min km şimali-qərbdə yerləşir. Tədqiqatçıların fikrinə görə, 4 milyard il əvvəl krater su ilə dolu olub. Krater 2007-ci ildə kəşf edilib.

Share: