Çin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi oktyabrın 26-sı ölkə tarixində ilk dəfə olaraq şifrələmə alqoritmlərini tənzimləyən kriptoqrafiya haqqında qanun qəbul edib. Yeni normativ-hüquqi baza 1 yanvar 2020-ci tarixdən qüvvəyə minəcək.
Milletinsesi.az kriptoinvest.az-a istinadən bildirir ki, kriptoqarfiya haqqında qanun kriptoqrafiyanın istifadəsi üçün standartların yaradılması məqsədi daşıyır. Yeni tənzimləmə bazası kriptovalyuta sənayesi üçün təlimatlar və siyasətlər yaradan mərkəzi kriptoqrafiya agentliyinin rolunu müəyyənləşdirir. Analitiklər qanun qəbul edilməsində əsas məqsəd yaxın gələcəkdə Çinin milli rəqəmsal valyuta buraxmasına zəmin yaratması istiqamətində bir addım kimi dəyərləndiriblər. Lakin bununla belə qanunda milli kriptovalyuta haqqında bəhs edilmir.