Aşiq olmaq istəyirsinizsə, şokolad yeyin – Mütəxəssis

“Şokoladı yeyənlər, xüsusilə də qadınlarda serotonin hormonu çoxalır və insanlar özlərini daha yüksək əhval-ruhiyyədə hiss edirlər. Buna görə də şokolad çox yeyən şəxslərdə aşiq olma halları daha tez-tez baş verir”.

Bu sözləri açıqlamasında qida mütəxəssisi İsa Əliyev deyib.

Onun sözlərinə görə, tərkibi kalsium, maqnezium, dəmirlə zəngin olan şokoladın faydaları çoxdur: “Şokolad qan axınını sürətləndirərək damar tıxanıqlığının qarşısını alır. Kakao yağı dərini təravətli göstərir. Tərkibi liflərlə zəngin olduğu üçün bağırsağın işləməsinini sürətləndirir”.

Mütəxəss bildirib ki, bu dadlı məhsulun faydalı olduğu qədər zərərləri də var: “Şokolad təzyiqi artırdığı üçün, xüsusilə, yüksək təzyiq xəstələrinə çox şokolad yemək olmaz. Eyni zamanda normanadan artıq yeyilərsə, dişlərdə çürüməyə meyil aratacaq”.

İsa Əliyev sözlərinə görə, şokoladlar dügün şəraitdə saxlanılmadığı üçün istehlak müddətləri tez bitir: “Gün işığı, nəm və havaya qarşı həssas olan bu məhsulu keyfiyyətini itirməməsi quru yerdə 18-22 dərəcədə saxlanlılmalıdır. Nəmli mühitdə mikroorqonizmlər şokoladlarda münbit şərait taparaq inkişaf edir və nəticədə qurdlanma prosesi başlayır”.

Ekspert qeyd edib ki, əsl şokoladı gözlə ayırd etmək çətindir: “Kakao yağından hazırlanan məhsullara “şokolad”, bitki tərkibli yağlar və kakao tozundan hazırlanan məhsullara isə “compound” və ya yalançı şokolad deyilir. Yalançı şokoladların tərkibində olan palma və trans yağlar xərçəng xəstəliyinə səbəb olur”.

Qida mütəxəssisi bildirib ki, gün ərzində istehlak olunan şokolad miqdarını rəqəmlə ifadə etmək düzgün deyil: “Qara şokoladı gündəlik olaraq 50-75 qr arasında yemək olar. Bu, şəxsin sağlamlığı, fiziki quruluşu, çəkisi, maddələr mübadiləsi ilə birbaşa bağlıdır. ”

Qeyd edək ki, digər şirniyyatlardan fərqli olaraq tünd şokoladın glisemik indeksi aşağıdır. Qan şəkərini tənzimləyərək diabet riskini azaltmağa kömək edir. Eyni zamanda, tərkibindəki yüksək antioksidant sayəsində, dərini günəşin zərərli təsirlərindən qoruyur./teleqraf

Share: