Argentina hökuməti siyasi qərarla təyin edilən, karyeraca diplomat olmayan 17 diplomatik nümayəndəsini geri çağırır.
Report xəbər verir ki, məmurlar prezidentin səlahiyyətlərinin başa çatdığı 9 dekabra qədər istefaya getməlidir.
Rəsmi bülletendə dərc edilmiş fərmanda deyilir ki, adları çəkilən vəzifəli şəxslər 2019-cu ilin 9 dekabrınadək ölkənin ərazisinə qayıtmalıdır.
Argentinanın yeni səfirləri Boliviyada, Kolumbiyada, Çilidə, Ekvadorda, Meksikada, Peruda, Paraqvayda, Uruqvayda, Kosta-Rikada, İspaniyada, Portuqaliyada, Çində və ABŞ-da, həmçinin “Unisef”də, “Mercosur”da (Cənubi Amerika gömrük ittifaqı) və “Aladi”də (Latın Amerikası İnteqrasiya Asossiasiyası) yanında təyin ediləcək.
Ayrıca fərmanla həmçinin Vatikandakı nümayəndə geri çağırılıb.