Braziliya çempionu müəyyənləşdi

Braziliya A Seriyasının qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, “Flamenqo” tarixində 7-ci çempionluğunu qeyd edib.

Mövsümün qalibi 34-cü turda “Palmeyras”ın “Qremio”ya 1:2 hesablı məğlubiyyətindən sonra bilinib. Çempionatın başa çatmasına 4 tur qalmış 81 xalla zirvədə qərarlaşan “Flamenqo” ən yaxın izləyicisi “Palmeyras” üçün əlçatmaz olub.

Qeyd edək ki, “Flamenqo” bir neçə gün əvvəl  Libertadores Kubokunu da qazanıb.

Share: