İranda benzinin bahalaşması ilə bağlı başlayan etiraz aksiyaları zamanı Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsi olan 8 nəfər saxlanılıb.
Bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılanlardan 6-sı MKİ-nin təlimatlarını həyata keçirib, 2 nəfər isə xarici ölkələrə məlumat sızdırıb.
Jurnalist adı altında fəaliyyət göstərən şəxslərin MKİ-dən maliyyə dəstəyi aldığı da iddia olunub.
Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı İranda 15 noyabrdan bəri başlayan etiraz aksiyalarında 143 nəfərin öldüyünü açıqlayıb.