Təcridxanaya qardaşı üçün narkotik apardı

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Milletinsesi.az-a verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əliyev Röyal Mansur oğluna qardaşı Kürdəmir rayon sakini Əliyev Əhliman Mansur oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatın yığıldığı parça çantanın hər iki dəstəyinin içərisində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə narkotik maddə – ümumi çəkisi 6.883 qram heroin və 1.004 qram metanfitamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Share: