BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Dekabr 15 2019

Qorxulu yuxu görməyin orqanizmə faydası məlum olub


Kabus görərkən keçirdiyimiz qorxu hissi real həyatda stressin öhdəsindən gəlməyə yardım edir.

Saglamolun.az Milletinsesi.az-a istinadla bildirir ki, bu nəticəyə Cenevrə Universitetinin alimləri gəliblər. Onların araşdırmalarının nəticələri “Human Brain Mapping” portalında dərc olunub.

Təcrübələrdə 18 nəfər iştirak edib. Alimlər onlar yuxuda ikən beyinlərinin aktivliyini müşahidə ediblər. Müəyyən olunub ki, könüllülər qorxulu yuxular görərkən beyinlərinin stressə cavabdeh olan hissəsi aktivləşir.

Daha sonra həmin adamlar oyaq olarkən beyinlərinin həmin hissəsinin fəaliyyəti aşağı düşməyə başlayır.