Əli Həsənov niyə “vuruludu”?

İnsana və insanlığa deyil, kresloya və vəzifə sahiblərinə təzim edən, yaltaqlanan cəmiyyətimizdə son vaxtlar baş verən dəyişikliklərdən adamın lap başı fırlanır.

Yerlər dəyişdirilir, idarələr ləğv olunur, Miili Məclis buraxıldı və bəlkə də yeni Prezident seçkiləri keçiriləcək.

Bu təyinatlarda məni ən çox məyus edən Əli Həsənovun işdən çıxarılması və ona edilən hücumlar oldu. Dünən keçmiş şöbə müdirinin  qəbul həsrəti ilə gözləyənlər bu gün əks mövqe nümayiş elətdirirlər. Yazıqlar olsun!!

Əli Həsənovla şəxsi münasibətim olmadığı üçün hansı səbəbdən vəzifəsini itirdiyini deyə bilmərəm, amma  işini niyə itirməsi haqqında təxminlərim var; Həsənov işlədiyi müddətdə jurnalistlər Prezidentin dostu, ev sahibi və insan kimi yaşamağa nail oldu. İş yerləri “Nəşriyyatın” kanalizasiya qoxusu verən mərtəbələrindən təm- təraqlı ofislərə dəyişildi. İş tapa bilməyənlər baş redaktor, baş redaktorlar MŞ-nın üzvü, MŞ-nın üzvləri siyasi ekspert oldular. Kabinet jurnalistikasında rahat həyatdan başını itirənlər cəmiyyətin nəbzini tuta bilmədilər və yalnız selfi cəkdirməklə gündəmdə qalmağı bacardılar. Şəffaf və düzgün xəbərlərə tamrazı qalan cəmiyyəti “savadsız söyüş bloqerlərinə” möhtac qoydular. Bəlkə də barıtın artıqlığı onların yaradıcı qabiliyyətlərini də yoxa çıxardı və onlar əsas prinsiplərdən uzaqlaşıb daha çox yekəlmək arzusuna düşdülər. Ona görə Azərbaycan jurnalistkasında cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanan, tribunası olan qələm sahibləri barmaqla sayılacaq qədər qaldı və sonu da belə qurtardı; Əli qurban getdi. Bu bir versiya..

İki ilə yaxındır ki, övladlarım “Kaspi kursuna” əlavə olaraq təhsil almağa gedir. Orada təşkil olunmuş şərait yalnız gələcəyimizin inkişafı üçün müstəsna xidmətdir. Yaxşı nəticə göstərənlərə 50 faiz endirim edilir, əla nəticə göstərənlər isə təhsil haqqından azad edilir. Valideynlərin şikayətinə  isə dərhal reaksiya verilir və müsbət nəticələr nail olunur. Bunları yazmaqda məqsədim odur ki, Əli Həsənov şadlıq sarayı, restoran, otel və başqa obyektlər də tikdirə bilərdi. Lakin etmədi. Yalnız elm və mədəniyyət sahələrinin inkişafı üçün əlindən gələni əsirgəmədi. Əli Həsənov digər məmurlarla müqayisədə həm savadlı, həm islahatçı, həm də təvazökar adamdı.. Görəsən, Əli Həsənov hansı keyfiyyətlərinə görə Kərəm Həsənovdan, Razim Məmmədovdan, Şahin Əliyevdən və digərlərindən geri qalır ki, PA-da onun vəzifəsini adı çəkilən məmurlar əvəz edəcək?  Yeni formalaşan komandada təmsil olunanların yarıdan çoxu əyri yollarla kifayət qədər varlanan məmurlardır. Demək, Əli İnsanov islahatların deyil, qrupdaxili mübarizənin qurbanı oldu. Bu da ikinci versiya..

İllərlə korrupsiya və talançılığda adı hallanan məmurların Prezidentin ətrafını çirkləndirməsi qəbul edilməzdir. 10 milyonluq ölkədə kimin nə işlə məşğul olduğunu 5 yaşlı uşaq da, 70 yaşlı coban da bilir. Cəmiyyətimiz üçün az-çox xidmətləri olan insanlara harada olmasından asılı olmayaraq hörmət etmək lazımdır. Nə yazıq ki, tülkü cildində olan aslanların əlindən buna nail olmaq çox çətindir.. Aslan demişkən bir şey yadıma düşdü;  Hökümət və hökümət yönümlü internet saytlarında yazısına yer verilməyən Aslan İsmayılovu İctimai televiziya da görəndə dedim ki, “Əli Həsənovun qələmini qırdılar”. Bir də ki, Əli Həsənovun vəzifəsini itirilməsinə görə Aslan İsmayılovu niyə təbrik edirlər? Bəlkə də İsmayılova vəzifə verəcəklərini təxmin edirlər.

Talıb Əhədov

Share: