DAHA İKİ TƏLƏBƏ QIZ XƏSTƏXANAYA APARILDI – BDU-nun yataqxanasında nə baş verir…

Bakı Dövlət Universitetinin yataqxanasında daha iki tələbənin vəziyyəti pisləşib. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, tələbələrlə bağlı təcili yardıma səhər saat 08.15- də məlumat daxil olub. Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.
Xatırladaq ki, bundan əvvəl BDU-nun 2 saylı yataqxanasında 3 tələbə qız hələ də müəyyən edilməyən səbəblərdən zəhərlənib, onlardan biri həyatını itirib. Həmin yataqxana olduca bərbad vəziyyətdədir, istismara yararsız haldadır və zirzəmisi siçovullarla doludur. Siçovullar yataqxananın dəhlizlərində dolaşır və sosial şəbəkələrdə yayılan məlumatlara görə zəhərlənmənin səbəbi də məhz onlar ola bilər. Belə ki, yataqxanaya siçvullara qarşı zəhərli pereparatlar səpilir və gəmiricilər bu zəhəri otaqlara, tələbələrin əşyalarına və ərzaqlarına yaya bilərdilər. Nəticədə isə təhlükəli infeksiya baş qaldırması mümkündür. Həyatını itirən tələbə qızda müşahidə olunan simptomlar da zəhərlənmə ilə uyğun gəlmirdi, gənc qızın ağzından qan gəldiyi məlum olmuşdu. Hansı ki, qida zəhərlənməsində belə simptom müşahidə olunmur.(Muxalifet.az)

Share: