“Barselona”nın prezidenti Jozep Maria Bartomeu Lionel Messinin klubdakı gələcəyiylə bağlı danışıb.
Milletinsesi.az Qol.az-a istinadən xəbər verir ki, klub rəhbəri “Mundo Deportivo”ya açıqlamasında kapitanın daha bir neçə il komandada qalacağını deyib:
“Messi ilə bir neçə dəfə danışmışam və uzun müddət komandada qalmaq istədiyini bilirəm. Bizimlə müqaviləsi olduğu üçün hələ “Barselona”da oynayacaq”.
Qeyd edək ki, Messinin Kataloniya klubu ilə sözləşməsi 2021-ci ilin yayına qədərdir.