Zəfəranın daha bir müalicəvi xüsusiyyəti tapılıb

Dünyada ən bahalı, ən faydalı bitkilərdən biri hesab olunan zəfəranın daha bir özəlliyi üzə çıxıb.

Milletinsesi.az e-tibb.az-a istinadən bildirir ki, Avstraliyada aparılan araşdırma nəticəsində alimlər zəfəranın antidepresentlarla istifadə olunanda depressiya əleyhinə müsbət təsir göstərdiyini bildiriblər. Murdoch Universitetində aparılan araşdırma zamanı zəfəranın çoxsaylı faydalarının olduğu isbat edilib. Eyni zamanda yuxu keyfiyyətini, stimul verməni, aktivliyi, eyni zamanda aktivlikdən duyulan həzzi artıra bilmək kimi xüsusiyyətlərinin olduğu qeydə alınıb.

Zəfəran istifadəsi zamanı depressiya simptomlarının 21-41 faiz arasında azaldığı müşahidə olunub.

Bununla yanaşı təkbaşına çoxlu miqdarda zəfəran qəbul etməyin ruhi sağlamlığa müsbət təsir etməyəcəyi bildirilib. Hesab olunur ki, hələ bu yöndə daha çox araşdırma aparılmalıdır.

“Möcüzəvi bitki”, “Qırmızı qızıl” adlandırılan zəfəranın bir kiloqramı dünyada təxminən 2-3 min dollar arasında qiymətləndirilir.

Share: