Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Yeni Zelandiyaya məxsus Ağ Adada (White Island) vulkan püskürməsi olub.
Bu barədə Yeni Zelandiyanın “GeoNet” təşkilatı öz “Twitter” səhifəsində bildirib. İlkin məlumatlarda bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.
Hadisə zamanı adadakıların əsasən turistlər olduğu qeyd edilib.
Ada istiqamətinə uçuşlar dayandırılıb. Adada qalanların xilas edilməsi istiqamətində işlər gedir.

“Haber7”nin xəbərinə görə, partlama zamanı adada 100 nəfər olub.

Onlardan 20 nəfəri yaralanıb.

Yerli radio ilə vulkanın zərər yetirdiyi şəxslərin arasında əraziyə gəzməyə gələn turistlərin olacağı bildirilib. Helikopterlər gələnə qədər insanlara pəncərələri bağlayıb evlərindən çıxmamaları tövsiyə olunub.

Share: