“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün XIV turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, 332 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanadır.
İspan futbolçu “Keşlə”yə qarşı görüşü (2:2) əvəz edilmədən keçirib və 1 qolla yadda qalıb.