10 il sonra “Mucize doktor”la geri qayıtdı

Aktrisa Yasemin Özilhan dediyi iddialı sözləri unudub, çəkiliş meydanlarına geri qayıdıb.

Axşam.az xəbər verir ki, Yasemin “Dünyanın ən gözəl ssenarisi gəlsə də, çəkilmərəm. Həyat yoldaşım İzzət də istəmir. Evdən, uşaqlarımdan, xoşbəxt həyatımdan uzaqlaşmaq istəmərəm” sözlərini demişdi.

Özilhan “Mucize doktor” serialı ilə ekrana qayıdıb. Onun ekran işində qonaq aktrisa olduğu və ya uzun müddət qalacağı bəlli deyil.

Qeyd edək ki, aktrisa “Anadolu” qrupunun varisi İzzet Özilhanla ailəlidir.

Share: