Beton strukturlar zamanla çox çirkləndiyində, təmizləmək olduqca çətindir. Elm insanlarının yeni ixtira etdiyi özü özünü təmizləyə bilən beton sayəsində bu problem həll edilə bilər. Üstəlik yeni super hidrofob beton yüngül olmasına baxmayaraq, onun mexaniki dayanıqlığı da yüksəkdir. Ümumiyyətlə, özü özünü təmizləyən vasitələrdə səth hidrofob olduğuna görə, mayelər asanlıqla axıb gedir.
Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, bu xüsusiyyət sayəsində mayelərin çirk meydana gətirməsinə maneə törədilərkən, səthdən istələnilən axıcılar sayəsində toz və çirkin təmizlənməsi təmin edilir. Beton vasitələrə daha əvvəl də hidrofob materiallar əlavə olunmağa çalışılsa da, bu sınaqların hamısı müvəffəqiyyətsiz olmuşdu. Məsələn səth örtmə tətbiq olunduqda, zamanla aşınaraq yox oldu. Elm insanları yeni yaratdığı betonun yalnız binalar, inşaatlarda deyil, xəstəxanalar kimi bakteriyaya müqavimətli olması lazım olan sahələrdə istifadə edilməsinə ümid edir. Araşdırma ACS Applied Materials & Interfaces jurnalında nəşr olundu.