Ansu Fati Çempionlar Liqasının tarixinə düşdü

“Barselona” futbolçusu Ansu Fati Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”i məğlub etdikləri (2:1) oyunda turnirdə rekorda imza atıb.

Qol.az xəbər verir ki,  qarşılaşmanın 86-cı dəqiqəsində fərqlənən 17 yaş 40 günlük Fati, Çempionlar Liqası tarixində qol vuran ən gənc futbolçu olub.

Əvvəlki rekord “Russenborq”un futbolçusu Peter Ofori-Qeyeyə aid idi. O, ÇL-də fərqlənərkən 17 yaş 195 günlük idi.

Share: