Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın paytaxtı Riqa şəhərinə rəsmi səfərə yola düşüb.
Bu barədə Milletinsesi.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində E.Məmmədyarov Latviya prezidenti Eqils Levits, xarici işlər naziri Edqars Rinkeviçs, Seym (Latviya parlamenti) sədri İnara Murnietse və müdafiə naziri Artis Pabriks ilə görüşəcək.