Bakıda evdən külli miqdarda pul oğurlanıb.
Milletinsesi.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Heydərov saxlanılıb. Oğurluqda iştiak etmiş əvvəllər məhkum olunmuş daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.