“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Bavariya”ya məğlubiyyəti şərh edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, məğlubiyyətə baxmayaraq, pley-offda Münhen klubu ilə qarşılaşmaq istədiklərini deyib: “Bəzi futbolçular ilk dəfə mənim rəhbərliyim altında oynayırdılar. Mənim üçün məlumat yığmaq əhəmiyyətli idi. “Olimpiakos” üzərində qələbə qazanaraq pley-offa vəsiqəni rəsmiləşdirdiyimiz üçün risk edə bilərdik. Öz qərarlarımdan razıyam. Bu oyunla çoxlu informasiya topladım. 1/4 və ya yarımfinalda yenidən “Bavariya” ilə qarşılaşmağımızı istəyərdim”.
Qeyd edək ki, ev oyununda Münhen klubuna 2:7 hesabı ilə uduzan “Tottenhem” səfər görüşündə də məğlub olub – 1:3.