Qoz-fındığı necə yeyək ki, sağlamlığımıza faydası olsun?

Qoz, fındıq, badam, püstə, araxis, keşyu və digər çərəzlər insan sağlamlığı üçün olduqca qiymətli Omeqa yağlı turşularla zəngindir.

Bu turşular ürək və damar xəstəliklərinin, insult və infarktın ən yaxşı profilaktikasıdır.

Həmçinin çərəzlər ən güclü antioksidantlardan biri olan E vitamini ilə də zəngindir. E vitamini orqanizmdə gedən qocalma proseslərini ləngidir, xroniki xəstəliklərin, o cümlədən xərçəngin riskini azaldır, dərini cavanlaşdırır.

Qoz-fındığı necə yeyək ki, orqanizm onlardan maksimun fayda alsın?

Bu suala rusiyalı diyetoloq Svetlana Fus cavab verir.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, diyetoloqun sözlərinə görə, qoz-fındığın faydalı xüsusiyyətlərinə baxmayaraq onları gün ərzində 1 ovucdan (təxminən 20-30 qr) artıq yemək olmaz.

Qoz, fındıq, keşyu və s. çərəzləri təmizlənmiş deyil, qabıqlı şəkildə almaq daha yaxşıdır. Təmizlənmiş qoz-fındığın üzərinə çoxlu mikroblar var, həmçinin onlar tez xarab olur. Təmizlənmiş çərəzləri yedikdən əvvəl mütləq yumaq və ya quru tavada bir az qızdırmaq lazımdır (qızartmaq olmaz!).

Kiflənmiş çərəzlərin tərkibində güclü zəhər olan aflotoksinlər əmələ gəlir ki, bu toksinlər qaraciyərə çox ciddi ziyan vurur.

Diyetoloqun sözlərinə görə, dükanlarda satılan qızardılmış çərəzlər orqanizm üçün faydalı sayıla bilməz. Qızardılma zamanı bir çox qiymətli maddələr dağılır. Həmçinin qızardılma zamanı ziyanlı yağlar istifadə oluna bilər, yağda qızardılmış çərəzlər kanserogen xüsusiyyətləri əldə edir.

Duz, şəkər və s. əlavə olunmuş çərəzləri yeməyin.

Diyetoloqun sözlərinə görə, məktəb yaşına qədər uşaqlara qoz-fındaq verməyi tövsiyə edilmir.

Nəzərə almaq lazımdır ki, çərəzlər ən güclü allergenlərdən biri sayılır.

Mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi dəri xəstəlikləri, qalxanvari vəzi hiperfunksiyası zamanı çərəzlərin  istehlakı arzuolunan deyil.

Share: