Almaniyada azərbaycanlılarla ərəblər arasında dava

Almaniyada azərbaycanlılarla ərəblər arasında dava

Almaniyanın Bilefeld şəhərində azərbaycanlılar ilə ərəblər arasında dava baş verib.

Report-un məlumatına görə, hadisə şəhərin mərkəzi dəmir yol vağzalı qarşısındakı meydanda baş verib.

Davaya səbəb əslən Azərbaycanın Qazax rayonundan olan Məmmədov Hilal adlı şəxsin Əsəd adlı ərəb ilə mübahisəsi olub.

Daha sonra mübahisəyə görə yaxınlıqdakı digər ərəblər azərbaycanlıya hücum ediblər. H.Məmmədovun yanında olan digər azərbaycanlınında iştirakı ilə ərəblər arasında dava baş verib.

Polisin müdaxiləsi ilə insident yatırılıb, tərəflər cərimələnib.

Share: