Millimizin üzvünə iki oyunluq cəza

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Albasete”də çıxış edən millimizin üzvü Eddi İsrafilovu 2 oyunluq cəzalandırıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun İspaniya Sequndasının 20-ci turunda “Rayo Valyekano” ilə görüşün 45+4-cü dəqiqəsində  birbaşa qırmızı vərəqə alması səbəb olub. O, rəqib futbolçunu başla vurduğu üçün meydandan qovulub.

Qeyd edək ki, “Rayo Valyekano” – “Albasete” görüşü qonaqların futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirlərinə məruz qalması səbəbindən yarımçıq dayandırılıb.

Share: