Bakıda zəncirvari yol qəzası oldu

Bakıda 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “90-PK-069” dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil sürət həddini aşaraq, “99-UA-825” dövlət nömrə nişanlı “Opel” markalı avtomobilə çırpılıb. “Opel” isə öz növbəsində “90-OE-517” dövlət nişanlı “Hyundai” markalı avtomobilə dəyib.

Qəza nəticəsində xəsarət alan olmasa da, maşınlara ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları və evakuator cəlb olunub.

Share: