Britaniyanın Birmingem şəhərində məktəbli qız “Mensa” təşkilatında yetkinlik yaşına çatmayanlar üçün IQ testindən keçib və 162 bal toplayaraq Albert Eynşteyn və Stiven Hoakinq kimi alimlərin göstəricisini (hər ikisi 160 bal) üstələyib.
“Report” xəbər verir ki, 10 yaşlı Freya Manqotra Birmingem ətrafındakı Ecbastondakı məktəbdə oxuyur. Qız dahi kimi qəbul olunub, artıq qızlar üçün Kral VI Eduard məktəbindən ona təqaüd də təklif olunub.
Manqotranın həmçinin taekvondo üzrə qara kəmər sahibi olduğu, teatr, şahmat, üzgüçülük və Bollivud filmləri üslubundakı rəqslərlə maraqlandığı da məlumdur.