AAYDA Bakının qəsəbədaxili yolları ilə bağlı açıqlama yaydı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərinin qəsəbədaxili yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar açıqlama yayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, 2019-cu ilin ilin 11 ayı ərzində Sabunçu rayonunda 91.6 km uzunluğunda 567 min kv.m sahəyə, Xətai rayonunda 17.7 km uzunluğunda 201 min kv.m sahəyə, Yasamal rayonunda 7.4 km uzunluğinda 151 min kv.m sahəyə, Binəqədi rayonunda 26.2 km uzunluğunda 272 min kv.m sahəyə, Səbail rayonunda 14 km uzunluğunda 100 min kv.m sahəyə, Nizami rayonunda 4.4 km uzunluğunda 73 min kv.m sahəyə, Nərimanov rayonunda 10.7 km uzunluğunda 183 min kv.m sahəyə, Xəzər rayonunda 51 km uzunluğunda 363 min kv.m sahəyə, Suraxanı rayonunda 14 km uzunluğunda 104 min kv.m sahəyə, Pirallahı rayonunda 7.3 km uzunluğunda 50 m in kv.m sahəyə, Qaradağ rayonunda 20.6 km uzunluğunda 194 min kv.m sahəyə və Nəsimi rayonunda 2.1 km uzunluğunda 61 min kv.m sahəyə asfalt-beton örtüyü döşənib.

Ümumilikdə cari ilin 11 ayı ərzində Bakı şəhərinin 12 rayonu üzrə 267 km uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 322 min 500 kv.m sahəsində asfaltlanma işləri aparılıb.

İlin sonuna qədər təmir olunacaq küçə və yolların uzunluğu 300 km-ə çatdırılacaq.

2023-cü ilə qədər Bakı şəhərinin 60 qəsəbəsi üzrə 2200 km yolun təmiri nəzərdə tutulur.

Share: