Ronaldo vurduğu qoldan danışdı

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 17-ci turunda “Sampdoriya” ilə oyunda 2:1 hesablı qələbəni şərh edib.

Qol.az-ın “Sky Sport İtalia”ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu 2.56 metr hündürlüyə tullanaraq başla vurduğu qol haqda da danışıb: “Bunu bilmirdim. Bütün komanda yaxşı əhval-ruhiyyədə idi. Çətin oyun oldu. “Sampdoriya” keyfiyyətli futbol oynayırdı. Komandama üç xal qazanmağa kömək etdiyim üçün sevinirəm. Vurduğum qol yaxşı alındı”.

Ronaldo hazırda özünü yaxşı hiss etdiyini söyləyib: “Ay ərzində dizimdə problemlər oldu. Amma indi hər şey qaydasındandir. Özünü fiziki cəhətdən yaxşı hiss edirəm. “Yuventus”a matçları və titulları qazanmağa kömək etmək istəyirəm”.

Share: