Ukraynalı tədqiqatçı, tarixçi, erməni əsilli məşhur bloger Filip Ekozyants 1915-ci il hadisələri ilə bağlı bəzi detalları ortaya çıxara biləcək bir video paylaşıb.
Axar.az xəbər verir ki, Ekozyants videodakı çıxışında həmin illərdə Türkiyədə yaşayan ermənilərin nəslindən olduğunu deyib:
“Mən 350 il Ərzurumda, İspir yaxınlığında yaşamış ermənilərin nəslindənəm. Hesab edirəm ki, türk xalqı bu hadisələrin baş verməsində günahkar deyil. Bu hadisələrin günahkarı konkret şəxslər, təşkilatçılardır, xalqlar deyil. Mən ermənilərin bunu başa düşəcəyi günləri görmək istəyirəm”, – tarixçi bildirib.
Ekozyants türk xalqının həmişə ermənilərin doğması olduğunu qeyd edib:
“Türk xalqı həmişə bizim doğmamız olub və belə də olacaq. Bu illərdə günahsız ölən erməni və türklərin ruhları şad olsun”.