Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.
Milletinsesi.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Məmmədov Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə, polis mayoru Fərrux Bektaşi Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Nazirin digər əmri ilə polis polkovnik-leytenantı Tural Məşədiyev Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə gətirilib.