Ançelottinin yeni klubu rəsmiləşdi

“Everton”un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə bir neçə gün öncə “Napoli”dən ayrılan Karlo Ançelotti gətirilib. 60 yaşlı məşqşi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Ançelotti bundan əvvəl də Premyer Liqada işləyib. O, 2009-2011-ci illərdə “Çelsi”ni çalışdırıb.

Share: