Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) “Çukur” serialını yayımlayan Show TV-ni cəzalandırıb.
Axşam.az xəbər verir ki, buna səbəb sözügedən ekran işində silahın təbliği və işgəncə səhnələrinə yer verilməsi olub.
RTÜK həmin serialdan qaynar xətlərinə 3 min 382 şikayət daxil olduğunu açıqlayıb.
Ekran işindən əldə olunan gəlirin 2 faizi qurumun hesabına köçürüləcək.