Türkiyədə təhlükəli terrorçu saxlanıldı

İstanbulda “İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi” (DHKP-C) terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində terror təşkilatının üzvləri Oya Aslan və Yüksel Doğan saxlanılıb.

Qeyd olunur ki, Oya Aslan Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan terrorçular siyahısında “yaşıl kateqoriya”ya daxil edilib. O, terror təşkilatında rəhbər vəzifələrdən birini tutub.

Xatırladaq ki, “İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi” (DHKP-C) 1978-ci ildən bəri Türkiyədə fəaliyyət göstərən marksist terror təşkilatıdır.

Share: