Son bir ildə Türkiyədə şəkərli diabet xəstələrinin sayı iki dəfə artıb. Xəstəliyin yayılması baxımından Türkiyə Avropa ölkələri arasında birinci sırada yer alır.
Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, bu artım 0-14 yaş arasında uşaqlara da təsir edib. Son beş il ərzində ölkədə bu yaş aralığında 20 mindən çox diabet xəstəsi qeydə alınıb.
Hazırda ölkədə 8 milyondan artıq diabet xəstəsi var.
Statistik rəqəmlərə görə, dünyada hər dörd şəkərli diabet xəstəsindən birinin ayaqlarda yaralar meydana gəlir. Bu səbəbdən hər 20 saniyədə bir insan ayağını itirir.
Mütəxəssislər xəstəliyin vaxtında aşkarlanması və düzgün müalicə edilməsi ilə bu rəqəmin 85 faiz azala biləcəyini deyirlər. Xəstəliyin qarşısının alınması üçün isə düzgün qidalanma və idman ən vacib amil olaraq göstərilir.