Azərbaycanda zəlzələ oldu

Dekabrın 24-də yerli vaxtla saat 16:58-də Əli Bayramlı seysmik stansiyasından 32 kilometr şimal-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, yeraltı təkanın maqnitudası 3,3, dərinliyi 5 kilometr olub.

Zəlzələ hiss olunmayıb.

 

Share: