“Yuventus”un futbolçusuna 3 oyunluq cəza

İtaliya Futbol Federasiyası “Yuventus”un futbolçusu Rodriqo Bentankuru üç oyunluq cəzalandırılıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun ölkə superkubokunun finalında “Latsio” ilə  matçda etdiyi hərəkətlər səbəb olub. 22 yaşlı yarımmüdafiəçiyə üç oyunluq cəzanın biri iki sarı vərəqə alması, ikisi isə meydandan çıxan zaman hakim təhqir etməsi səbəbindən verilib.

Beləliklə,  Bentankur İtaliya A seriyasında “Kalyari”, “Roma” və “Parma” ilə qarşılaşmaları buraxacaq.

Share: